polis qar 2

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.

Globalinfo.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir.

Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının olması nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidir”, – qurumun müraciətində deyilir.

61a5f07f e2b0 4c32 b4f1 0d39add2e501
9a53ad71 6be4 4363 98cb 921cd03fe1bd
ac81a763 80f5 4310 93c6 0aa90d5c0cac
dd2be6fe 0ed5 483a b82e df82caa14652
23ff7ec7 e9be 4dff 8aa9 812ed3a817ba
97713a73 d400 4f22 ae14 e08b603b53f3

Paylaş: