Ərdoğan İsrail və Fələstin Prezidenti ilə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Danışıq zamanı İsrail və Fələstində baş verən hadisələr və bölgədəki gərginliklə bağlı son proseslər müzakirə edilib.

Həmçinin Ərdoğan bildirib ki, Türkiyə bölgədəki münaqişənin tez bir zamanda sona çatması və sakitliyin təmin edilməsi üçün hər cür səy göstərir.

Ərdoğan İsrail Prezidenti İsaak Herzoq ilə də telefonda danışıb.

Danışıq zamanı İsrail və Fələstində baş verən hadisələr müzakirə edilib.

Ərdoğan bölgədə əmin-amanlığın bərqərar olmasının vacibliyini bildirib.

O bunun bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Türkiyə lideri qeyd edib ki, ölkəsi bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin olunması istiqamətində səylərini getdikcə daha da artıracaq.