Ərdoğan Baydenlə F-16 məsələsini müzakirə etdi

“Ankara və Vaşinqton F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsindəki çıxışı zamanı deyib.

O bildirib ki, F-16-dan söhbət düşəndə ​​dostlarımız məsələni İsveçlə bağlayırlar, bu yanaşma bizi kədərləndirir:

“Bircə cavabım var. Siz hər şeyi Konqreslə əlaqələndirirsiniz. Bizim də parlamentimiz var. Türkiyə Böyük Millət Məclisi belə bir qərar qəbul etmədikcə, mən İsveçin NATO üzvlüyünə “hə” deyə bilmərəm. Mən parlamentimin qərarını gözləməliyəm”.