Ənvər Həsənov vəfat etdi – Harada dəfn ediləcək?

enver hesenov
Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, aktyorla vida mərasimi evində olacaq.
A.Həsənova vida və dəfn mərasimində medianin çəkiliş aparmamasını xahiş edib.
Qeyd edək ki, Ənvər Həsənov bu gün vəfat edib.
***21:00

Xalq artisti, aktyor Ənvər Həsənov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbi ilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.