“İrana ən güclü zərbələr hələ qabaqdadır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Mən taktiki səylərimizin təfərrüatlarını açmaq niyyətində deyiləm, lakin amerikalı hərbçilər ən güclü zərbələri hələ sonra endirəcəklər. Növbəti mərhələ İran üçün bundan daha ağır olacaq”, — o bildirib.
Rubio qeyd edib ki, İrana qarşı əməliyyat nə qədər lazım gələrsə, o qədər də davam edəcək.
“Bizim hədəflərimiz var. O hədəflərə çatmaq üçün nə qədər zaman gərəkdirsə, bunu etməyə davam edəcəyik.
Bu əməliyyatın hədəfi onların ballistik raket sahəsində potensialını məhv etmək və bir daha onu bərpa edə bilməyəcəklərinə əmin olmaqdır”, — o əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az