“Azərbaycanda 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, sertifikatlaşdırmanın növbəti mərhələsində 115 min müəllim yeni islahata cəlb olunacaq:
“İslahat çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı status alan müəllimlər isə yenidən sertifikatlaşdırmadan keçməyəcək”.
E.Əmrullayev əlavə edib ki, sertifikatlaşdırmada uğursuz nəticə göstərən müəllimlərin bir qismi köməkçi müəllim kimi fəaliyyətini davam etdirəcək, digər qisminin isə əmək müqaviləsinə xitam veriləcək.
Zaira Akifqızı
Globalinfo.az