ABŞ administrasiyasında İranla bağlı növbəti addımın necə olacağına dair müxtəlif variantlar səsləndirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, administrasiya daxilində İranla bağlı gələcək siyasət barədə fikir ayrılıqları mövcuddur.
“Müzakirələrdən xəbərdar olan şəxslərin sözlərinə görə, administrasiyada nə edilməli olduğuna dair müxtəlif baxışlar var. Bəziləri məhdud zərbələrin tərəfdarıdır və ümid edirlər ki, bu, İranı kompromisə məcbur edəcək. Digərləri isə diplomatik xəttin davam etdirilməsini istəyir”, – deyə CNN bildirib.
Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp son həftələr diplomatik vasitələrə üstünlük verib. O hesab edib ki, birbaşa danışıqlar və iqtisadi təzyiqlər İranı razılaşma bağlamağa məcbur qoya bilər.
Lakin CNN qeyd edir ki, Hörmüz boğazının blokadasının davam etməsi və İran rəhbərliyindəki fikir ayrılıqları Trampı qıcıqlandırır.
“Hakimiyyət çıxış yolu tapmağa çalışır, amma bu vəziyyət uzun müddət davam edə bilməz. Nəyin bahasına olursa-olsun, onlar Hörmüz boğazını açmalıdırlar”, – deyə ekspertlər vurğulayırlar.
Əliyar Xəlil