Ağdaşda 33 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra ölməsi faktı araşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görıə, fevralın 18-də Ağdaş rayonu, Hapıtlı kənd sakini 1991-ci il təvəllüdlü Nübar Mərdanovanın Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Doğum şöbəsində ölü uşaq doğması, bu gün günorta saatlarında isə Nübar Mərdanovanın müalicə aldığı həmin xəstəxanada ölməsi faktları üzrə Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
X X X
Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.
Globalinfo.az bildirir ki, rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib.
Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.