Elxan Şükürlü ona agent deyənlərə ağır cavab verdi: “Binamus, zatıqırıq…”

Siyasi şərhçi Elxan Şükürlünün İranın İsrailə hücumundan sonra paylaşdığı status birmənalı qarşılanmayıb. Bu paylaşımdan sonra bəzi sosial şəbəkə istifadəçiləri onu İranın maraqlarını müdafiə etməkdə günahlandırıblar. Bəziləri hətta Elxan Şükürlünü agent adlandırıb.

Ümumiyyətlə, son zamanlar E.Şükürlünün üzərinə Rusiya və İrana görə basqılar olur, tənqidə, təhqirə tuş gəlir.

Globalinfo.az-a danışan Elxan Şükürlü deyib ki, həmin kəslərin nə dediyi onun üçün önəmli deyil:

“Mən itin sahibi ilə savaşıramsa, itin üzərimə hürməsinə də normal hal kimi yanaşıram. Mənim savaşım itlərlə yox, itin sahibləri ilədir. Sahibinin başını əzəndən sonra, itlərin hürüş və zingiltisi də kəsiləcək. Hələ görmədim ki, məni fikirlərimə görə bu ölkənin namuslu, əxlaqlı gerçək vətənpərvər və ağıllı insanları tənqid etsinlər. Sosial şəbəkələr üzərindən tənqid və təhqir edənlərin, istisnasız olaraq, hamısı bu ölkənin ən əxlaqsız, binamus şəxsləri, qüsurlu ailələrdən çıxanlardır. Həyat sübut edir ki, bizim kimi insanlar həmişə belə zatıqırıqların hədəfində olur”.

Zaira Akifqızı
Globalinfo.az