Əliyevlə Paşinyan bu tarixdə görüşəcək – Erməni KİV

Azərbaycan və Ermənistan liderləri münasibətlərin tənzimlənməsi məqsədilə may ayının ikinci yarısında Vaşinqtonda görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayılıb.

Məlumata görə, Ermənistanın Xarici İşlər Nazirliyindən bir mənbə görüşün ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə keçiriləcəyini bildirib. Həmçinin yaxın həftələrdə İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə növbəti görüşünün ola biləcəyi də iddia edilir.

“Past” yazır ki, avropalılar Bakı ilə İrəvan arasındakı növbəti görüşü özlərinin himayəsi altında keçirmək istəyirlər. Bunun üçün də avropalıların Paşinyan və Əliyevi yaxın həftələrdə Brüsseldə görmək istədiyi vurğulanıb:

“Avropa tərəfinin belə görüşə maraq göstərməsinə baxmayaraq, Paşinyanla Əliyevin növbəti görüşü ilkin razılaşmaya əsasən, mayın ikinci yarısında Vaşinqtonda baş tutacaq. Görüşün Vaşinqtonda keçirilməsi ilə bağlı tərəflərin baxışlar üst-üstə düşür”.

Ayşən Mustafa
Globalinfo.az