1553538237 1553533132 56214457 10213936856043253 3061905923602644992 n

“Azərbaycan Prezidenti regionda öz ölkəsinin maraqlarına xidmət göstərən proseslərə yatırım edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı keçmiş baş konsulu Vardan Akopyan deyib.

Onun sözlərinə görə, Bakı sülh müqaviləsinin imzalanmasına bu səbəbdən tələsmir:

“İlham Əliyev hesab edir ki, o və Ermənistanın Baş nazir Nikol Paşinyan fərqli çəki kateqoriyalarındadırlar. Buna görə Paşinyan uduzmuş tərəf kimi onun bütün tələblərini yerinə yetirməlidir. İ.Əliyev aktiv xarici siyasət yürütməklə ciddi dəyişikliklər tendensiyasını görür. Hesab edir ki, bu dəyişiklik onun maraqlarına uyğun olacaq. Bu səbəbdən müqavilənin imzalanmasına tələsmir”.

O, Ermənistanın Azərbaycana şərt irəli sürmək üçün heç bir imkanının olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: