Əliyev separatçıları iki yerə böldü – Ovsepyan

Qarabağda ikiqütblü siyasi situasiya və insan arasında qeyri-müəyyənlik kifayət qədər dərindir.

Globalinfo.az xəbər verir ki, bunu qondarma rejimin keçmiş “deputatı” Sofya Ovsepyan deyib.

O, qondarma rejimdə təkcə iqtisadi və sosial yox, həm də siyasi böhranın dərinləşdiyini bildirib. Bununla belə o, Xankəndidəki siyasi fikir ayrılıqlarının daha çox Azərbaycanın yanaşmaları sayəsində formalaşdığını və Bakının öz fəaliyyəti ilə Qarabağdakı siyasi meydana təsir etməyə çalışdığını bildirib.

“Əliyevin Ruben Vardanyanla bağlı çıxışının üzərində iki gün keçib, amma indidən iki qütb yaranıb”, – S.Ovsepyan vurğulayıb.

Qeyd edək ki, bundan öncə “Hraparak” qəzeti Arutyunyanın fevralın 23-də Vardanyanı “istefaya” göndərəcəyini bildirib.