FotoJet 2023 01 09T082058.947

Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib

Globalinfo.az Report-a istinadən xəbər verir ki, yük maşınlarının toqquşması nəticəsində sürücü ölüb, sərnişin isə komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. Qəza zamanı vəfat edən şəxs sərnişin  Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Kiçikbəyov Rahid Elçibəyi oğlu, xəsarət alan isə “KamAZ” markalı yük maşınını sürücüsü 1986-cı il təvəllüdlü Məcidov Araz Arif oğludur.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının koma vəziyyətində olduğu bildirilir.

Qeyd edək ki, yol qəzası bu gün səhər saatlarında qeydə alınıb. A.Məcidovun idarə etdiyi “KamAZ” markalı yük maşını qarşıdakı unla dolu eyni yük maşınının qoşqusuna, sonra beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alsa da, yanındakı sərnişin, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: