İsrail Qətərin paytaxtı Dohaya endirilən zərbələrin İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyatı olduğunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi sentyabrın 15-də açıqlama verib.
Bəyanatda bildirilir:
“Ağ Evin hadisələrlə bağlı versiyası düzgündür. İsrailin Dohada HƏMAS liderlərinə qarşı hərəkətləri tamamilə müstəqil İsrail əməliyyatıdır. Bunu biz təşkil etmişik”.
Ofis əlavə edib ki, əməliyyatı başlatmaq və həyata keçirmək İsrailin məsuliyyətindədir və bütün nəticələr də ölkənin üzərinə düşür.
Xatırladaq ki, sentyabrın 9-da ABŞ-ın Qəzza zolağında atəşkəs planını müzakirə etmək üçün Qətərə gəlmiş HƏMAS nümayəndə heyəti İsrailin hücumuna məruz qalmışdı. Hücum nəticəsində HƏMAS liderlərinin sağ qaldığı bildirilir.
Tahir Turan
Globalinfo.az