Əfqanıstanda ağır qəza – 12 nəfər öldü

Əfqanıstanın paytaxtını ölkənin şimalı ilə birləşdirən tuneldə ağır qəza baş verib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər həlak olub.

Taliban sözçüsü Qari Yusuf Əhmədinin sözlərinə görə, Kabildən təxminən 90 km şimalda yerləşən Salanq tunelində baş verən qəzada 37 nəfər yaralanıb.

Yerli telekanallar tuneldə yanacaq daşıyan yük maşınının aşaraq tuneldə alovlandığını bildirib. Tunel nəqliyyat üçün bağlanıb və itkilərin sayı arta bilər.

Sovet İttifaqı tərəfindən qurulan 2,6 km uzunluğunda tunel Kabil və Əfqanıstanın şimalını birləşdirir.