eraqci 111 900x581 1

Müharibəyə son qoymağın yeganə yolu İranın şərtlərinin yerinə yetirilməsidir.

    Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın vitse-prezidenti JD Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında görüşün keçirilməsi ehtimalı barədə xarici KİV-lərdə yayılan məlumatlara münasibət bildirərkən deyib.

    O, belə bir görüşün keçirilməsi ilə bağlı yayılan ehtimalların və media məlumatlarının əsassız olduğunu vurğulayaraq, görüşün təşkili ilə bağlı heç bir planın olmadığını bildirib.

    Əraqçi Vaşinqtonun İrana münasibətdə mövqeyinin dəyişməsi ehtimalı və ABŞ rəsmilərinin son açıqlamalarına da münasibət bildirib.

    “ABŞ prezidenti Amerika xalqının İranla müharibəyə qarşı olduğunu və ölkələrinin sionist rejimi dəstəkləmək naminə daim müharibəyə cəlb olunmasını istəmədiyini eşitmək üçün bu qədər gözləməli deyildi. O, daha əvvəl anlamalı idi ki, İranla müharibədə qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb və nail ola bilməyəcək”, – deyə nazir bildirib.

    Əraqçi əlavə edib ki, Tramp tezliklə sanksiyalar və iqtisadi təzyiqlərlə bağlı da yanlış yol seçdiyini anlayacaq.

    “İranla müharibə nə hərbi yolla, nə də sanksiyaların artırılması ilə başa çatacaq. Yeganə çıxış yolu hörmət dili ilə danışmaq, diplomatiyadan istifadə etmək və İranın iki günlük planda irəli sürdüyü, hələ də masada olan tələb və şərtlərini yerinə yetirməkdir”, – deyə Əraqçi qeyd edib.

    Paylaş: