ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər.
Globalinfo.az bildirir ki, bu barədə “Sky News” ABŞ rəsmisinə istinadən məlumat verib.
Mənbə bildirib ki, danışıqlar prosesinin məqsədi sonda üç ölkə liderləri səviyyəsində görüş təşkil etməkdir. Lakin buna nail olmaq üçün görüləsi xeyli iş var.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə üçtərəfli danışıqların keçirilməsinin gözlənildiyini bildirmişdi.(Teleqraf)