Dünyada koronavirusa yoluxanların sayı 620 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 620 milyonu keçib.

Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Pandemiyanın başlanmasından indiyədək 620 878 405 yoluxma və 6 543 138 nəfərin ölüm qeydə alınıb.

Son iki gündə yoluxanların sayı 912 483 nəfər, ölənlərin sayı 2 486 nəfər artıb.

Ən çox yoluxma ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadadır.