xestexana 1

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar 8 nəfər şəxs (2 kişi, 6 qadın) tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıblar.

    Paylaş: