Dost ölkədə silahlı hücum: 11 nəfər öldü

bf4f334d 267c 4320 8a12 8f742d2573e3

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The News” portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb.

Silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıblar. Daha sonra səlahiyyətlilər onların hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər.

Polis silahlı Bəluc separatçı təşkilatının üzvlərinin hücuma görə məsuliyyət daşıya biləcəyini bildirib. Təhlükəsizlik qüvvələri şübhəlilərin tutulması üçün bölgədə axtarış əməliyyatına başlayıb.