DİQQƏT! Bakının 9 rayonunda su olmayacaq – SƏBƏB

Dünən gecə saatlarından başlayaraq, Oğuz – Qəbələ xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsində fasilələr olacaq.

Bu barədə Globalinfo.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri aparılır. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.

Oğuz – Qəbələ xəttində təmir-bərpa işləri tezliklə yekunlaşan kimi suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.