DIN

Polisin “Sputnik Azərbaycan“ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.

Globalinfo.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

***

17:57

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyataxtarış tədbirləri keçirilib, saxlanılanlar var:

“Əməliyyatla bağlı əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilir.

4
3
2
1
IMG 20250630 WA0088

Paylaş: