İntihara cəhd edən Dilarə Zamanova xilas edildi – VİDEO

“Canlı yayımda qadının intihar cəhdinin qarşısı polis əməkdaşlarının çevik müdaxiləsi ilə alındı”.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Dilarə Zamanovaya ilkin tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilir.

**

Sosial media mütəxəssisi Dilarə Zamanova özünü öldürəcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, o, “Instagram”da canlı yayım açaraq, özünü öldürəcəyini bildirib. İzləyicilər müxtəlif şərhlər yazaraq onu bu addımdan çəkindirməyə çalışırlar.

Lakin o, buna əhəmiyyət verməyərək qab şampunu içib.

Daxili İşlər Nazirliyindən isə hadisədən məlumatlı olduqları bildirilib. Lakin hələlik görüləcək işlər barədə məlumat verilməyib.

Dilarə Zamanova canlı yayım açıb intihara cəhd edir

Dilarə Zamanova canlı yayım açıb intihara cəhd edir