Deputatdan AZAL-a qarşı sərt çıxış: “26 milyonu özündə saxlayıb”

 

“Büdcə əməliyyatlarında şəffaflığın olmaması göz önünüdədir”. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, biz Hesablama Palatasının fəaliyyəti ilə işimizi bitmiş hesab edirik:

” 2022-ci ildə “AZAL”a verilən 63,1 milyon manatlıq subsidiyanın 26,4 milyon manatı şirkətin hesabında saxlanılır. Bu, düvlət vəsaiti ilə dost tutmaqdır, proteksionizmdir, yoxsa nədir? Xidmət haqqının çox yüksək olduğu, monopolist şirkətə niyə subsidiya verilməldiir ki, o da bu vəsaitləri hesabında saxlasın” – deyə, deputat bildirib.