Delimitasiya üçün bu xəritələrdən istifadəyə çalışırıq

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan yerli mediaya açıqlamasında deyib.

“Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik.

Qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. Bu xəritələrin hansı əsaslarla, hansı hüquqi baza ilə tərtib edildiyi çox vacibdir ki, bu məntiq Almatı Bəyannaməsinin məntiqi ilə uzlaşsın”, – o bildirib.

“Sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiala ehtiyac var. İş çoxdur və demək olmaz ki, hamısı bir yerdə cəmləşib”, – deyə Qriqoryan Rusiya xarici işlər nazirinin müavininin yalnız Rusiya tərəfinin lazımi materiallara malik olması barədə bəyanatına cavab olaraq vurğulayıb.