Dəhşətli qəzada ölənlərin kimliyi bilindi

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin kimliyi məlum olub.

DİN-dən Globalinfo.az-a verilən məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib.

Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri – 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.