Bakıda keçirilən toyla bağlı yayılan xəbərin ardından Dövlət Əmək Müfəttişliyi Xidmətinin saytında diqqətçəkən dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, qurumun Bakı şəhər İdarəsində rəis müavini vəzifəsində çalışmış Elgün Feyzullayevin adı rəsmi saytdan silinib.
Qeyd edək ki, Feyzullayevin adı və vəzifəsi daha əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin saytında yer alırdı. Qurumdan onun bir ildən artıqdır ki, vəzifədən azad edildiyi bildirilib.
Məlumata görə, onun adı və tutduğu vəzifə barədə məlumat toy xəbəri yayımlandıqdan sonra saytdan çıxarılıb.
