makron masin 900x586 1

Fransa Prezidenti Emmanuel Makronun ictimai dəstək səviyyəsi 2017-ci ildə prezident seçilməsindən bəri ən aşağı həddə düşüb.

Globalinfo.az-ın məlumatına görə, “La Tribune Dimanche” qəzetinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə əsasən, fransızların cəmi 16 faizi Makronun fəaliyyətini dəstəkləyir.

Bunun əksinə olaraq, yetkin Fransa vətəndaşlarının 81 faizi prezidentin siyasətini bəyənmədiyini bildirib.

Sorğunu keçirən Ipsos-BVA sosioloji xidməti ölkədə ictimai narazılığın son illərin ən yüksək səviyyəsinə çatdığını qeyd edib.

Araşdırmanın nəticələrinə əsasən, Fransa cəmiyyətində ölkədə vəziyyətin ümumilikdə yaxşı olmadığı barədə geniş fikir formalaşıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: