tramp 2

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyada dizel yanacağı ilə bağlı obyektlərə hücumları dayandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının müxbirləri ilə söhbəti zamanı danışıb.

ABŞ liderinin sözlərinə görə, ölkəsində yanacaq tədarükü ilə bağlı yaranan problemlər Yaxın Şərqdəki vəziyyətlə deyil, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqəlidir.

Tramp hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına və digər yanacaq infrastrukturu obyektlərinə zərbələri Rusiyanın dizel ixracına mane olur və nəticədə yanacaq bazarında problemlər yaranır.

“Cənab Zelenski bir şey etməlidir. O, Rusiyada dizel yanacağına hücum etməyi dayandırmalıdır. O, hədəflərə hücum edə bilər, amma dizel yanacağına yox, çünki dizel çatışmazlığına səbəb olan budur”, – deyə Tramp bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: