“ABŞ 2035-ci ilə qədər illik kosmik buraxılışların sayını 10 minə çatdırmaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat naziri Şon Daffi deyib.
O bildirib ki, ABŞ 2035-ci ilə qədər hər il 10 min kosmik buraxılış həyata keçirməyi hədəfləyir:
“Nazirliyin kommersiya şirkətlərinə buraxılışların sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək yeni proqramı yaxın zamanda işə salınacaq.
Bunun bürokratik maneələrin azaldılması və kosmik fəaliyyət üçün zəruri infrastrukturun genişləndirilməsi hesabına həyata keçirilməsi nəzərdə tutulur”.
Safura Bənnayeva
Globalinfo.az