“BRICS sammitində Ukrayna yalnız bir dəfə xatırlanıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, sammitdə çıxış edən liderlərdən yalnız Braziliyanın xarici işlər naziri Ukraynanı xatırladıb, digər iştirakçılar isə bu məsələyə toxunmayıblar.
Uşakov bunun BRICS ölkələrinin Rusiyanın mövqeyini başa düşdüyünü göstərdiyini deyib.
Safura Bənnayeva
Globalinfo.az