Macarıstanın sabiq baş naziri Viktor Orban hazırkı hökumətə qarşı mübarizəyə başlayacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Orban bu barədə Ketçe şəhərində çıxışı zamanı danışıb.
“Milli müqavimətə başlamağın vaxtıdır. Səbrimizin tükəndi”, – o bildirib.
Orban qeyd edib ki, sağçı qüvvələr Macarıstanın suveren dövlət kimi qalmasını istəyir.
Onun sözlərinə görə, “Tisa” partiyasının rəhbərlik etdiyi hökumət isə ölkəni “Brüsselin koloniyasına” çevirməyə çalışır.
Qeyd edək ki, 12 aprel 2026-cı ildə Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyası Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyasına böyük fərqlə məğlub olmuşdu.
Əliyar Xəlil
Globalinfo.az