DÇ-2022: Niderland ABŞ-ni məğlub etdi

 

Niderland ABŞ-ı 3-1 məğlub etməklə 1/4 finala yüksəldi.

***

Niderland Damfrisin 82-ci dəqiqədə vurduğu qolla fərqi yenidən artırdı: 3-1.

***

ABŞ yığması 76-cı dəqiqədə Raytın qolu ilə fərqi azaltdı: 2-1.

***

İlk hissənin sonuna əlavə edilmiş vaxtda Niderland Blindin qolu ilə fərqi artırdı: 2-0.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab açılıb. 

Matçın 10-cu dəqiqəsində Depay Niderlandı önə çıxaran qola imza atıb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüş başlayıb. 

Matç saat 19:00-da start götürüb.

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.