İran geri çəkildi: “Saziş imzalamağa hazırıq, şərtimiz var”

araqci

***11:46

“Tehrana qarşı təcavüz dayandırılacağı təqdirdə İran da İsrailə hücumlarını dayandıracaq”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

İran nüvə silahından imtinaya zəmanət verən sazişi imzalamağa hazırdır, lakin ölkənin dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu məhdudlaşdıracaq şərtləri qəbul etməyəcək”, – deyə Araqçı bildirib.

Nazir əlavə edib ki, Tehran nüvə sazişi ilə bağlı danışıqların altıncı raundu çərçivəsində mümkün razılaşma planını ABŞ tərəfinə təqdim etməyi nəzərdə tutur.

Araqçıya görə, danışıqlar zamanı İsrailin həyata keçirdiyi hücumlar bu ölkənin diplomatik proseslərə qarşı olduğunu nümayiş etdirir.

Əliyar Xəlil
Globalinfo.az