David Kemeron Hakan Fidanla görüşdü – Nələri müzakirə ediblər?

Türkiyə xarici işlər naziri Hakan Fidanla Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşünün detalları açıqlanıb.

Globalinfo.az xəbər verir ki, nazirlər Qəzzada atəşkəs, NATO çərçivəsində əməkdaşlıq, Qara dənizdə vəziyyət və digər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Kemeron Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq etməsindən məmnunluğunu ifadə edib.

***13:44

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kemeronla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlərin hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Qeyd edək ki, D.Kemeron Yaxın Şərq turnesi çərçivəsində dünən İsraildə səfərdə olub.