zelenski9 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada Rusiya ilə danışıqların aparılmasını təklif edən deputatlarının mövqeyinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Zelenski ölkənin maraqlarının heç bir halda güzəşt predmetinə çevrilməməli olduğunu vurğulayıb.

O, Rusiya və Prezident Vladimir Putin qarşısında geri addım atılmasının Ukrayna üçün ağır nəticələrə səbəb ola biləcəyini deyib:

“Parlamentdə bu cür fikirləri səsləndirən şəxslərin danışıqlar prosesinin gedişinə birbaşa təsir imkanları yoxdur. Buna görə də Ukrayna cəmiyyəti bu məsələdə narahat olmamalıdır”.

Eyni zamanda, Zelenski əhali arasında təşviş yaradılmasına qarşı çıxıb. O qeyd edib ki, ölkənin onsuz da kifayət qədər ciddi problemləri, çağırışları və zərbələri var, əlavə panikaya ehtiyac yoxdur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: