mer

Krasnodar şəhərinin meri Yevgeni Naumov istefa verib.

Globalinfo.az xəbər verir ki,  bu barədə şəhər Dumasının deputatı Aleksandr Safronov məlumat verib.

Digər tərəfdən, “Kub Mash” Telegram kanalının iddiasına görə, son dörd il ərzində şəhər rəhbərinin PR fəaliyyətinə 790 milyon rubl xərclənib.

Naumov düzgün media imici formalaşdırmaq naminə müavinlərinin ezamiyyət xərclərinə qənaət edib.

Safronov isə bildirib ki, Naumovun fəaliyyəti dövründə onunla bağlı çoxsaylı narazılıqlar yaranıb.

Onun sözlərinə görə, bu il Krasnodar administrasiyası qarın təmizlənməsi və daşqınların aradan qaldırılması ilə bağlı işlərin öhdəsindən gələ bilməyib.

Naumovun istefasından sonra Krasnodar meri vəzifəsini şəhərin birinci vitse-meri Dmitri Vasilyev tutacaq.

Qeyd edək ki, bundan əvvəl Yekaterinburq meri Aleksey Orlovun da vaxtından əvvəl istefa verdiyi məlum olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: