yangin dagliq

Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirdiyi üçün əlavə köməyə ehtiyac yaranıb. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib.

Məlumat üçün qeyd edək ki, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarından yanğın var.

Hazırda Ağdərə rayon Umudlu kəndi istiqamətində də kolluq və quru ot massivində də yanğınlar başlayıb.

FHN-nin yanğınsöndürənləri yanğınla mübarizə tədbirlərini davam etdirirlər.

Paylaş: