1695839214 15836b6037876f6dd1475d67ea1c4df60063f649

Dağıstanda atışma zamanı biri polis olmaqla iki nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya regional Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı Baqaudin Hüseynhacıyev axtarılır.

Hüseynhacıyev boz rəngli “Lada Vesta” markalı avtomobillə cinayət yerindən qaçıb.

Ehtimal olunur ki, hadisəni törədərkən qardaşı da onunla olub.

Qeyd edək ki, ölənlər arasında Daxili İşlər Nazirliyinin bölgə üzrə maddi-texniki təchizat şöbəsinin rəisi də var.

Paylaş: