Çin hakerlərindən ABŞ-a hücum – Məxfi sənədlər ələ keçirilib

cin hakerleri

Çin hakerləri ABŞ Maliyyə Nazirliyinin kompüter sistemlərini sındıraraq, məxfi sənədlərə giriş əldə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyinin Mətbuat Xidməti yayıb. Hücumu həyata keçirənin Advanced Persistent Threat haker qrupunun olduğu bildirilib.

Maliyyə Nazirliyinin bununla bağlı ABŞ Senatına məktub göndərdiyi bildirilib. Ümumilikdə nazirliyin şəbəkəsinə hakerlərin “Beyond Trust” şirkətinin şəbəkəsinə giriş əldə etdikdən sonra daxil ola bildikləri qeyd edilib.

ABŞ mətbuatı görülən tədbirlərə baxmayaraq APT hakerlərinin hələ də Maliyyə Nazirliyinin kompüter şəbəkəsinə giriş imkanının olduğunu yazıb.

Əliyar Xəlil
Globalinfo.az