Çin-ABŞ gərginliyi fonunda növbəti Karib böhranı? – Kuba uğrunda savaş başlasa…

 

İyunun 8-də Çinin Kubaya dinləmə mərkəzi və hərbi baza quraşdırmaq üçün milyardlarla dollar təklif etdiyinə dair informasiyalar yayılıb. Düzdür, bu xəbər hələ ki, təsdiqini tapmasa da kifayət qədər diqqət çəkir.

Belə ki, 1962-ci ildə ABŞ-la SSRİ arasında Karib böhranı yaranmışdı, iş hətta nüvə silahından istifadəyə qədər gəlib çatmışdı.

Qlobal oyunçu kimi hazırda SSRİ-nin yerini tuta biləcək potensiala sahib Çinin də belə bir addım atması mümkündür. Çin ABŞ-la başda Tayvan olmaqla bir çox regionda maraqları toqquşur.

Pekin Vaşinqtonu həm də qlobal iqtisadi layihələrlə də təhdid edir. Məsələn, “Bir kəmər, bir yol” layihəsi Amerika üçün arzuolunmaz perspektivdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşən Məcidov deyib ki, Çinin Kubada hərbi baza yaratması ilə bağlı məlumatlar doğru deyil:

Siyasi ekspert: Azərbaycan Zəngəzur dəhlizinin açılmasında Rusiyanın da dəstəyini əldə edib

Elşən Məcidov

“Məsələ ondadır ki, ABŞ kəşfiyyat məlumatlarında bu istiqamətdə bir məlumat yoxdur. Belə ki, milli kəşfiyyat müdirliyinin ən son hesabatında Çin hərbi bazalarının sayını artırmaq istədiyi əks olunub. Hətta rəsmi Pekinin Kamboçya, Ekvatorial Qvineya və BƏƏ-də hərbi bazalar açmaq istədiyi qeyd olunub. Lakin Kubanın adı çəkilmir.

Bu gün Çinin yalnız bir ölkədə – Cibutidə hərbi bazası var. Cibuti çox strateji bir ölkədir. Çin Cibuti kimi ABŞ-la maraqlarının toqquşmadığı ölkələrdə hərbi baza açmaqda daha çox maraqlıdır.

Bu gün Pekinin güclü iqtisadiyyatı, ordusu olsa da ABŞ-la qarşıdurmaya girəcək qədər güclü deyil. Xüsusilə iqtisadiyyatı kövrək və qırılqandır.
Bu gün vaxt Çinin xeyrinə işləyir. ABŞ hər gün bir az daha gücünü, resursunu tükədir. Vaşinqtonun zəiflədiyi, Pekinin isə gücləndiyi bir məqamda Çinin Kubada hərbi baza yaratması reallığa uyğun deyil”.

Turan Rzayev
Globalinfo.az