Ceyhun Bayramovdan paylaşım: “Bayrağımız əbədi dalğalansın!”

Xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“9 noyabr tarixində, şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli dövlət bayrağımızın qəbul edilməsindən 105 il ötür.

Şanlı zəfərimizin nişanəsi olan üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”