Çexiyada matəm elan edildi

Çexiyada universitetdə atışma nəticəsində çoxsaylı itkilərlə əlaqədar ölkədə bir günlük matəm elan edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasından sonra bu barədə ölkə prezidenti Petr Pavel bildirib.

Onun sözlərinə görə, dekabrın 23-ü ölkədə matəm elan olunub, bununla əlaqədar rəsmi binalarda bayraqlar yarıya qədər endiriləcək və günorta saatlarında hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində atışma olub. Polis rəisi Martin Vondrasek atışmadan sonra jurnalistlərə bildirib ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 25 yaralı var və onlardan 10-nun vəziyyəti ağırdır.