Cəlilabadda qəza: ölənlər var

6856d9058f8426856d9058f84317505221176856d9058f8406856d9058f841

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan Göytəpə şəhər sakini, 68 yaşlı Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.