Çavuşoğlu Lavrov ilə Ankarada iftar süfrəsində görüşdü – Nələr müzakirə ediləcək? – FOTOLAR / YENİLƏNDİ

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə rəsmi səfərdə olan Lavrovla Xarici İşlər Nazirliyinin Rəsmi İqamətgahında iftar süfrəsi arxasında bir araya gəlib.

Globalinfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Lavrovu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov müşayiət edib.

Nazir Çavuşoğlunun sabah ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə edəcəyi və rusiyalı həmkarı Lavrovla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

***

20:04

Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə bu gün Ankaraya səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Lavrov Türkiyə tərəfi ilə energetika, Ukraynadakı situasiya, taxıl sazişinin icrası, həmçinin Qarabağda vəziyyətin normallaşması və Ankara-Dəməşq dialoqunu müzakirə edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin bir gün əvvəl bəyan etdiyi kimi, Lavrov və Çavuşoğlu növbəti turizm mövsümü ərəfəsində Türkiyədə rusiyalıların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də diqqətdən kənarda qoymayacaqlar.