Çavuşoğlu ilə Blinken bunu müzakirə etdi – YENİLƏNİB

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazdakı situasiya müzakirə olunub.

“Bu günlərdə Entoni Blinkenin Azərbaycan və Ermənistan rəsmiləri ilə təmasları oldu. Məqsədimiz Cənubi Qafqazda davamlı sülhün və stabilliyin əldə olunmasıdır. Biz bu istiqamətdə birgə səylərə göstərməyə davam edəcəyik”, Çavuşoğlu birgə mətbuat konfransında deyib.

***10:40

Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında danışıqlar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qeyd edək ki, E.Blinken Türkiyəyə fevralın 19-da səfərə gəlib və artıq M.Çavuşoğlu ilə birlikdə zəlzələnin baş verdiyi bölgələri ziyarət edib.