Cavanşir Quliyev bu gün əməliyyat olunacaq – Rəsmi

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, lakin APA-nın apardığı dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.