photo 2025 09 10 23 00 17

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərindəki Federal Təhqiqatlar Bürosu amerikalı sağçı fəal Çarli Kirkə qarşı törədilən qətldə şübhəli bilinən şəxsin fotolarını yayıb.

Globalinfo.az xəbər verir ki, qurum “X” sosial şəbəkəsində paylaşım edərək ictimaiyyətdən həmin şəxsin tanınması üçün kömək istəyib:

“Çarli Kirkin qətli ilə əlaqəsi olan şəxsin müəyyən edilməsinə ictimaiyyətin köməyinə ehtiyacımız var”, – deyə FTB-nin açıqlamasında bildirilib. Məlumata görə, FTB işə yarayacaq hər hansı bir məlumat üçün 100 min ABŞ dolları mükafat vəd edib.

Yayılan fotolarda şübhəli şəxsin qara idman köynəyi, mavi cins şalvar geyindiyi, başında kepka və gün eynəyi olduğu görünür.

photo 2025 09 11 20 10 28 2 photo 2025 09 11 20 10 28

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: