Bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik – Pakistanın baş naziri

“Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.

“Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik”, – o bildirib.