thumbs b c a43af1003cc517599ff77c736934ce5c

İsrail İrandakı iqtidar rejimini dəyişməyə çalışmır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

Nazir bildirib ki, Tehranla bağlı İsrailin belə bir planı yoxdur:

“Təhlükəsizlik Kabineti məqsədlər müəyyən edib  və Tehran rejimini devirmək bu məqsədlərdən biri deyil. Bu, İran xalqının qərar verəcəyi məsələdir. Biz İran xalqını düşmənimiz hesab etmirik. 1979-cu ildə baş vermiş İslam inqilabına qədər, çox vəhşi bir rejim hakimiyyətə gələnə qədər İranla əla münasibətlərimiz olub…. Bunlar “Amerikaya ölüm, İsrailə ölüm” şüarı səsləndirən insanlardır”.

Paylaş: